تبلیغات
anadilimiz=varlığımız - Qorxuram
1391/02/20

Qorxuram

   یازان: araz azeri turk    بولوم :هوپ هوپ نامه hophopname ،

 


Qorxuram

Payi-piyadə düşürəm çöllərə, -
Xari-müğilan görürəm, qorxmuram.

Seyr edirəm bərru biyabanları, -
Quli-biyaban görürəm, qorxmuram.

Gah oluram bəhrdə zövrəqnişin
Dalğalı tufan görürəm, qorxmuram

Gəh çıxıram sahilə, hər yanda min
Vəhşeyi-ğürran görürəm, qorxmuram

Gah şəfəq tək düşürəm dağlara
Yanğılı vulkan görürəm, qorxmuram

Gah enirəm sayə tək ormanlara
Yırtıcı heyvan görürəm, qorxmuram

Üz qoyuram gah neyistanlara
Bir sürü aslan görürəm, qorxmuram

Məqbərəlikdə edirəm gah məkan
Qəbrdə xortdan görürəm, qorxmuram

Mənzil olur gah mənə viranələr
Cin görürəm, can görürəm, qorxmuram

Bu kureyi-ərzdə mən, müxtəsər
Müxtəlif əlvan görürəm, qorxmuram
Xarici mülkündə də hətta gəzib
Çox tühaf insan görürəm, qorxmuram

Leyk, bu qorxmazlıq ilə, doğrusu
Ay dadaş, vallahi, billahi, tallahi
Harda müsəlman görürəm, qorxuram

Bisəbəb qorxmayıram, vəcgi var
Neyləyim axır, bu yox olmuşların
Fikrini qan-qan görürəm, qorxuram
Qorxuram, qorxuram, qorxuram

 

قورخورام

پا-یى پییاده دوشوره م چؤللره،
خار-ى موغیلان گؤروره م، قورخمورام.


سئیر ائدیره م برر و بییابانلارى،
غول-ى بییابان گؤروره م، قورخمورام.


گاه اولورام بحرده زؤورق نیشین،
دالغالى طوفان گؤروره م، قورخمورام.


گه چیخیرام ساحیله هر یاندا مین،
وحشى-یى غورران گؤروره م، قورخمورام.


گاه شفق تك دوشوره م داغلارا،
یانقیلى وولقان گؤروره م، قورخمورام.


گاه انیره م سایه تك اورمانلارا،
ییرتیجى حئیوان گؤروره م، قورخمورام.


اوز قویورام گاه نئییستانلارا،
بیر سورو آسلان گؤروره م، قورخمورام.


مقبره لیكده ائدیره م گه مكان،
قبریده خورتان گؤروره م، قورخمورام.


منزیل اولور گه منه ویرانه لر،
جین گؤروروه م، جان گؤروره م، قورخمورام.


خاریجى مولكونده ده حتتا گزیب،
چوخ توحه ف اینسان گؤروره م، قورخمورام.


بو كوره-یى عرضده من موختصر،
موختلیف الوان گؤروره م، قورخمورام.


لئیك بو قورخمازلیق ایله دوغروسو،
آى داداش! واللاهى، بیللاهى، تیللاهى؛


هاردا موسلمان گؤروره م، قورخورام!
قورخورام!، قورخورام!، قورخورام!.....


بیسبب قورخمورام، وجهی وار
نئیله ییم آخیر، بو پوخ اولموشلارین،


فیكرینى قان قان گؤروره م، قورخورام!.
قورخورام!، قورخورام!، قورخورام!.....


Mirzə ələkbər sabir