تبلیغات
anadilimiz=varlığımız - VAİZ, QƏLƏM ƏHLİN YENƏ TƏHQİR ELƏYİRSƏN

VAİZ, QƏLƏM ƏHLİN YENƏ TƏHQİR ELƏYİRSƏN

 

Vaiz, qələm əhlin yenə təhqir eləyirsən!

Ey əbri-siyəh, nuri nə təstir eləyirsən!

 

El cümlə dönüb olsa da kafir işin olmaz,

Təzvirini kim ki, duya təkfir eləyirsən!

 

Lən eyləyərək qasibə məxluqu soyursan,

Fani deyərək aləmi təmir eləyirsən!

 

Gördüm yuxuda baği-behişt içrə gəzirsən,

İnsaf!.... Bunu sən necə təbir eləyirsən?

 

Tərk eylə riyani ki, riya şirki-xəfidir,

İşbu sözü kəndin belə təqrir eləyirsən.

 

Mən məkrini hiss etməyə meyl etmədim əsla,

Kəndin dili-həssasımə təsir eləyirsən!

 

Bizdən gözünü yığ ki, sənə aldanan olmaz,

Get onları xam tovla ki, təzvir eləyirsən!

Mirzə ələkbər sabir

  واعیظ، قلم اهلین یئنه تحقیر ائلییرسن 

   

  واعیظ، قلم اهلین یئنه تهقیر ائله ییرسن!  

  ائی ابری-سییه، نوری نه تستیر ائله ییرسن! 

   

  ائل جومله دؤنوب اولسا دا کافیر ایشین اولماز،  

  تزویرینی کیم کی، دویا تکفیر ائله ییرسن! 

   

  لعن ائیلیه رک قاسیبه مخلوقو سویورسان،  

  فانی دئیه رک عالمی تمیر ائله ییرسن! 

   

  گؤردوم یوخودا باغی-بئهیشت ایچره گزیرسن،  

  اینصاف!.... بونو سن نئجه تعبیر ائله ییرسن؟ 

   

  ترک ائیله رییانی کی، رییا شیرکی-خفیدیر،  

  ایشبو سؤزو کندین بئله تقریر ائله ییرسن. 

   

  من مکرینی حیسس ائتمه یه مئیل ائتمه دیم اصلا،  

  کندین دیلی-حسساسیمه تاثیر ائله ییرسن! 

   

  بیزدن گؤزونو ییغ کی، سنه آلدانان اولماز،  

  گئت اونلاری خام توولا کی، تزویر ائله ییرسن! 

  میرزه علی اکبر  سابیر