تبلیغات
anadilimiz=varlığımız - YAĞIŞ
1391/05/22

YAĞIŞ

   یازان: araz azeri turk    بولوم :uşağlarاوشاغلارا ،

YAĞIŞ

Yağış yağır dənə-dənə
yaşıl bağa, göy çəmənə
yola düşür köpüklü su
çala-çuqqur sudan dolu
şoruldayır damda novdan
gur su axır dar qənovdan
damlacıqlar şıp-şıp edir
gölcüklərdə yallı gedir
bir qızıl gül gülümsəyir
bulutlara başın əyir
Ilıq bir yel narın-narın
telin hörür budaqların
islaq çimən şəpələnir
ləçəklərdən yaş ələnir
qara bulut ağır-ağır
sürütlənir, yağış yağır
göyə qalxır torpaq iyi
seyr edirəm gözəlliyi
serçəciklər edir cik-cik
sığıncaqdır bizim evcik
gülüm deyər anam mənə
evimizdə dönə - dönə
mən deyirəm: güləmsə mən
bəs evdəyəm indi nədən?!
tez qaçıram bağçacığa
batır ayağım palçığa
qoşuluram çiçəklərə
yağış vurmuş ləçəklərə

Rəsul qurbani
Təbriz - 2005-05-30

یاغیش

یاغیش یاغیر دنه- دنه
یاشیل باغا، گؤی چمنه
یولا دوشور كؤپوكلو سو
چالا- چوققور سودان دولو
شورولداییر دامدا نوودان
گور سو آخیر دار قنوودان
داملاجیقلار شیپ- شیپ ائدیر
گؤلجوكلرده یاللی گئدیر
بیر قیزیل گول گولومسه ییر
بولوتلارا باشین أییر
اینجه بیر یئل نارین- نارین
تئلین هؤرور بوداقلارین
ایسلاق چیمن شپه له نیر
لچكلردن یاش اله نیر
قارا بولوت آغیر- آغیر
سوروتله نیر، یاغیش یاغیر
گؤیه قالخیر تورپاق اییی
سئیر ائدیرم گؤزه للییی
سئرچه جیكلر ائدیر جیك- جیك
سیغینجاقدیر بیزیم ائوجیك
گولومدئیه ر آنام منه
ائویمیزده دؤنه- دؤنه
من دئییرم : گوله مسه من
بس ائوده یم ایندی نه دن؟
تئز قاچیرام باغچاجیغا
باتیر آیاغیم پالچیغا
قوشولورام چیچكلره
یاغیش وورموش لچكلره
     
رسول قربانی مقدم
تبریز- 1384