تبلیغات
anadilimiz=varlığımız - Ata can
1392/11/22

Ata can

   یازان: araz azeri turk    بولوم :ozumunkulerئوزومونکوله ر ،

Ata can

Sən əgər yuxuydunsa

O şirin uyğuma birdə

Gələ bilsən  nə olar?

Nə yaman günlərə qaldım

Sən öləndən sonra

O güni

O  qaranlığ gündə

Mən uşağ oynamağa getmişdim

Ki  QIZILÇAY qırağinda

Da   bütün   qussələri

Elə birbir  soyunam

Ki döşəm məndə çiməm

Məşəbayram  da  gəlirdi

Ah

çiynindəki bel

hara bu bel külüyüynən?

biri yoldan keçəri

baxdı soruşdu

dedi MƏŞSƏN də ölübdi

çimməmiş paltarı geydim

tudabanə evə qaşdım

yolda mən əhd elədim ki

dadaşım ölməsə gər

ki mən onbeş gün oruş tutmalıyam

keçinirdi ürəyim

evə girdim dadaşım!

 

Yatmışıdın

yazığ əmmə yazığ əmmə

gözünün  yaşlarını gizlədə bilmirdi yazığ

Mən dedim ki bacıma

Dadaşım burdadı ha

Mən uşağ nə anlıyaydım

Ki sən indi öləcəksən

Ama annam baxışıyla

mənə bildirdi ki mən

 

Beş yaşında kişiyəm

axı mən birdənəyəm

tək oğul

o güni məşsəhnə əmqızı gətdi məni öz evlərinə

başımı qatdı uşaxlar

iki gun mən orda qaldım

o gecə mən səni gördüm yuxuda

ağrıyan dişlərimi ağzımdan

götürürdün birbir

yuxudan disgindim

 

nə yaman göylümə düşdün

səhər olmuşdu dadaş!

 

evə qaşdım

axı mən yol yeriməzdim

sən diyərdin

bala qaşma yıxılarsan

 

evi sənsiz gördum

 

hanı bəs dadaş soruşdum

dedilər getdi çölə

o ki mənsiz gedə bülməzdi çölə

bacılar səssəsə ağlaşdilar amma

məni-maymax təzə büldüm ki ölübsən

 

başladım mən gedirəm

bulurəm mən dadaş harda

o qəbistannıxda

necə ağlıram yanıxlı

məni heş kəs tuta bülməz

gedirəm mən

gedirəm

gəldim axtardım ama

da səni tapmadım eyvay

otuz ildi axtarır göz

nə deyim ki

yandırır söz

sən gedəndən sora mən tək qaldım

elə yalqız

 

neyləmək

xatirələr vardi dadaş

sən qoyubsan mənə  çox xatirələr ersiyyə

amma səndən sora hammı atalar

qocalıblar

mənim amma dadaşim

ürəyidə

bir cavandır yaşıyır

heşdə qocalmır

 

indi mən bir ata olsamda əyər

yenə sənsizlədişəm

yenə o isti əlin göylə düşübdi


ELÇI

آتاجان دیکله‌مه‌سی ئوز سسیمله